Xəstəxananın həyətindən uşaq meyiti  TAPILDI-YENİLƏNİB

21:21 27.03.2024 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Sumqayıt Tibb Mərkəzinin tabeliyində olan Uşaq Xəstəxanasının ərazisindəki ağaclıq sahədə saat 16:25-də mühafizəçi tərəfindən keçirilən baxış zamanı 33-36 həftəlik döl aşkar edilib.

Bu barədə hafta.az-a Sumqayıt Tibb mərkəzinin ictimaiyyətlə əlqaqələr şöbəsindən məlumat verilib.

Məlumata görə, hüquq-mühafizə orqanları tərəfindən əraziyə baxış keçirilib, hadisəyə müvafiq hüquqi qiymət veriləcək.

Qeyd edilib ki, Uşaq Xəstəxanasında hamiləliyin sonlandırılması icra olunmur.

***

Sumqayıtda uşaq xəstəxanasının həyətindən yeni doğulmuş körpənin meyiti tapılıb.

 

Hafta.az-ın xəbərinə görə, meyit xəstəxananın həyətindəki ağaclıq ərazidə aşkarlanıb.

Körpənin 6-7 həftəlik olduğu təxmin olunur.

 

Meyit ərazidən götürülərək təhvil verilib.